Menu

Gürüstanın gələcək inkişafında əsas rolu Azərbaycan oynayır - Marqvelaşvili

07.08.2014, 11:49
Gürüstanın gələcək inkişafında əsas rolu Azərbaycan oynayır - Marqvelaşvili

"Biz Gürüstanın tərəqqisini, əslində Xəzərlə Qara dənizi birləşdirən layihələrin gələcək inkişafında görürük. Onların həyata keçməsində əsas rolu Azərbaycan oynayır. Bu layihələrin inkişafı, Qərbə və Şərqə doğru genişlənməsi onların daha effektiv olmasının zəmanətidir."

SalamNews xəbər verir ki, bunu Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə "Caspian Energy" jurnalına göndərdiyi təbrikində deyib.

O vurğulayıb ki, 1994-cü il böyük təşəbbüslər ilidir. Azərbaycan və Gürcüstanın o vaxtkı prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze "Əsrin müqaviləsi"nin həyata keçirilməsi üzərində işləyirdilər. Onların bu işdə böyük xidmətlərini vurğulamamaq mümkün deyil. Onlar razılığa gəlməklə və bir-birləri ilə ümumi dil tapmaqla regionumuzun inkişafı üçün ciddi təməl qoydular. Bununla həm də bütün region ölkələrinin milli təhlükəsizliyi təmin olunacaq.

Prezident bildirib: "Mən yalnız enerji layihələrindən deyil, həm də regionda sabitliyə təsir göstərən nəqliyyat layihələrindən bəhs edirəm. Enerji və iqtisadi amillərin köməyi ilə bu layihələrdə iştirak edən dövlətlər avtomatik olaraq Gürcüstanın və Azərbaycanın sabitliyinə dəstək vermiş olur. Bu isə öz növbəsində kifayət qədər ciddi faktor hesab edilir. Çünki transmilli layihələrin inkişafı avtomatik olaraq layihələrin hər iki tərəfini özünə dost edir. Bu baxımdan səhifələrində beynəlxalq enerji və nəqliyyat layihələrinin inkişafından bəhs edən "Caspian Energy" olduqca gözəl beynəlxalq jurnaldır. Mən jurnalın kollektivini və dünyanın 50 ölkəsindəki oxucularını bu əlamətdar tarix münasibətilə təbrik etmək və Sizə gələcək fəaliyyətinizdə yaradıcılıq nailiyyətləri və peşəkar uğurlar arzulamaq istəyirəm."

Gürcüstan Prezidenti bu il noyabrın 14-də Tiflisdə keçiriləcək 2-ci Beynəlxalq Caspian Energy Forumunda iştirakını rəsmi olaraq təsdiqləyib.

Onun eksklüziv müsahibəsi "Caspian Energy" jurnalının 85-ci sayında (mart-aprel 2014-cü il) dərc edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol