Menu

Gündüz saatlarında bəzi yerlərdə yağış yağacaq

01.11.2018, 11:18
Gündüz saatlarında bəzi yerlərdə yağış yağacaq

Bu gün gündüz saatlarında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 18-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 01-i gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol