Onlar bəşəriyyətə qarşı cinayətlərdə təqsirli biliniblər
Kambocada Qırmızı Xmerlərin iki keçmiş liderinə hökm oxunub.
ANS PRESS-in məlumatına görə, BMT-nin dəstəyi ilə Kamboca Fövqəladə Tribunalı Qırmızı Xmerlərin əsas ideoloqları olan 88 yaşlı Nuon Çea və 83 yaşlı Kxiey Sampxan bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilinərək, ömürlük həbs cəzası alıblar.
Onlar Kambocada öz cinayətlərinə görə həbs cəzasını çəkəcək ən yüksək rütbəli şəxslər olacaqlar.
Qırmızı Xmerlər hərəkatının Kambocanın sabiq Baş naziri Pol Potun rəhbərliyi altında hakimiyyətdə olduğu 4 gün ərzində 1 milyondan 3 milyona qədər insan ölmüşdü. Həmin rejim 1979-cu ildə devrilsə də, onun liderləri hələ də bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunaraq, tribunala çıxarılırlar.


Şərhlər