Bu təkliflə İranın rabitə və informasiya texnologiyaları naziri çıxış edib
“Azərbaycanla İran arasında multi-viza tətbiq edilməsini təklif edirik”. ANS PRESS-in məlumatına görə, bunu İran İslam Respublikası rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycan-İran biznes forumunda çıxış zamanı deyib.
Vazei bildirib ki, bu sistem Azərbaycanda fəaliyyət göstərən iranlı sahibkarların fəaliyyətinə kömək edəcək. Bu sistem tətbiq edilərsə, İran sahibkarları İran Ticarət Palatasının verdiyi sənəd vasitəsilə Azərbaycana rahatlıqla gəlib-getməsi mümkün olacaq.
İranlı nazir həmçinin digər bir neçə təkliflər də çıxış edib: “Azərbaycanla-İran arasında müştərək Ticarət və Əməkdaşlıq Palataları yaradılmalıdır. Bu Palatalar ölkələr arasında əlaqələrin müsbət dinamikasını daha da inkişaf etdirəcək”.


Şərhlər