«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Nyu-York rayonunda (ABŞ) Qudzon çayının sahilində Səudiyyə Ərəbistanı təbəəsi olan iki bacının meyiti tapılıb. Onlardan biri hədd-buluğa çatmamış olub.
«CBS News»-in xəbərinə görə, qızlar bu ilin avqustunda «itiblər». Onların yoxa çıxmasından bir gün əvvəl Səudiyyə Ərəbistanının diplomatik missiyasının nümayəndələri bacıların anası ilə əlaqə saxlayıb və tələb edib ki, ailə ABŞ-ı tərk etməlidir. Nümayəndəliyin bu tələbi qızlar ABŞ-dan siyasi sığınacaq alimaq üçün xahişnamə yazdıqdan sonra irəli sürülüb.
Farea ailəsi artıq 3 il idi ki, Ferfaks şəhərində (Vircinia) yaşayırdı. Onların evi meyitlərin tapıldığı yerdən 360 kilometr aralıda yerləşib. Qızların bədənində heç bir zədə izi aşkar olunmayıb.
Ölüm səbəbi hələ ki, açıqlanmır.


Şərhlər