Menu

 "Tiflis ABŞ-dan silah almaqda davam edəcək" - Gürcü nazir

02.11.2018, 00:08
 "Tiflis ABŞ-dan silah almaqda davam edəcək" - Gürcü nazir

"Gürcüstan ABŞ-dan silah və hərbi texnika almaqda davam edəcək". Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Batumi şəhərində keçirilən Müdafiə və Təhlükəsizliyə dair Beynəlxalq Konfransda Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib.

“Gürcüstana “Javelin” tankvuran silahlarının verilməsi çox əlamətdar hadisədir. Cənab Mattis (ABŞ müdafiə naziri – red.) şəxsi söhbətimiz zamanı bildirdi ki, belə qərarlar yalnız xüsusi etimad göstərilən ölkələrə dair verilir. Biz bunu əsas tutaraq ABŞ-dan başqa növ silahları almağa davam edəcəyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, "Gürcüstan, öz növbəsində, hər şeyi edəcək ki, bu sistemlərin təhlükəsizliyi qorunsun".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol