"Cəbhə xəttində döyüşlərin gedişi, cəbhəyanı ərazilərdəki vəziyyət barədə KİV-lərdə yalnış məlumatlar yayıldığına görə yerli təşkilatlar, eləcə də ictimaiyyət nümayəndələri, vətəndaşlar Müdafiə Nazirliyinə müraciət edərək, buna etirazlarını bildirirlər."
Bunu SalamNews-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.
O deyib ki, Azərbaycandan, o cümlədən xaricdə yaşayan azərbaycanlılar könüllü olaraq cəbhədə döyüşmək üçün də Müdafiə Nazirliyinə müraciət ediblər:
"Son dövrlər ictimaiyyət tərəfindən Müdafiə Nazirliyinə, Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstək var. Orduya, cəbhə bölgəsində döyüşlərə qatılmağa can atan həddindən çox könüllü var. Müxtəlif şəhər və rayonlardan Qarabağ müharibəsi veteranları məktubla müraciət edərək ön xəttə getmək istədiklərini söyləyiblər. Hətta xaricdə yaşayan azərbaycanlılar da Müdafiə Nazirliyinə müraciət edib orduya çağırılmalarını istəyirlər. Təkcə Rusiyanın Komi Respublikasının Uxta şəhərindən bizə zəng edib deyirlər ki, 60 nəfər azərbaycanlı adbaad gəlib Milli Ordunun tərkibində döyüşməyə hazırdırlar. Bunların hamısı çox müsbət haldır. Amma hazırda Silahlı Qüvvələrimizin buna ehtiyacı yoxdur."

Şərhlər