Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 211,021 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5,55% azdır.
“Aztelekom”un aktivlərinin 90,3%-ni və yaxud 190,623 mln. manatını əsas vəsaitlər təşkil edib. Ötən il şirkətin əsas vəsaitləri 7,5% azalıb.
Hesabat dövründə “Aztelekom”in cəmi öhdəlikləri 37,7% azalaraq 29,843 mln. manata düşüb, cəmi kapitalı isə bölüşdürülməmiş mənfəət hesabına 3,2% artaraq 181,178 mln. manata çatıb. Rabitə müəssisəsinin nizamnamə kapitalı isə 22,244 mln. manat olaraq qalıb.
2017-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəliri 74,835 mln. manat (2016-cı ilə nisbətən 17,7% az), xidmətlərinin maya dəyəri 54,552 mln. manat (7% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 25,197 mln. manat (10,1% az), maliyyə xərcləri 933 min manat (67,8% az), digər qeyri-əməliyyat gəlirləri 14,603 mln. manat (47,1% çox) təşkil edib. Son nəticədə şirkətin vergiyəqədərki mənfəəti 8,756 mln. manat olub ki, bu da illik müqayisədə 22% azdır.
Ötən il “Aztelekom” əvvəlki ilə nisbətən 3,2 dəfə çox – 3,109 mln. manat mənfəət vergisi ödəyib və 2017-ci ili 5,647 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 45% azdır.


Şərhlər
Bu onunla bağlıdır ki, hələ də sabiq nazir Ə.Abbasovun dövründən qalan müftəxorlar? adları işdə özləri isə, şəxsi işləri ilə məşğul olan təsadüf adamlar rabitədən əmək haqqı alırlar.
Onlar isə, heç rabitədən anlayışı olmayayan millioner balaları, rəəhbərliyin yaxın qohumları, və ss.......
Amma mənim kimi əsl rabitə fədailərini bezdirərək, vəzifədən uzaqlaşdırmağa can atırlar ki, bizim yerimizə bir pullu balasını yerləşdirsinlər.Görünür Aztelekoma da, məhz belə kadrlarla işləmək daha sərfəlidir.