Menu

Misirdə qırıcı təyyarə qəzaya uğrayıb

03.11.2018, 20:11
Misirdə qırıcı təyyarə qəzaya uğrayıb

Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "MiQ-29M" qırıcısı təlim uçuşları zamanı qəzaya uğrayıb. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Təyyarəqayırma Korporasiyası məlumat yayıb.

"Bizdə Misir HHQ-nin "MiQ-29M" qırıcısının qəzaya uğradığı barədə təcili xəbər var. Yaxın vaxtlarda texniki mütəxəssislərimiz hadisənin araşdırılmasına köməklik göstərmək üçün Misirə yollanacaq", - deyə məlumatda qeyd olunur.

Qəzaya uğrayan təyyarə Rusiyanın 2018-ci ildə kommersiya müqaviləsi çərçivəsində Misirə göndərdiyi "MiQ-29M/M2" qırıcılarından biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol