Menu

Azərbaycan Fələstinə 5 milyon dollar ayırıb

05.11.2018, 11:10
Azərbaycan Fələstinə 5 milyon dollar ayırıb

"Gələn il Azərbaycan və Fələstin nazirlikləri arasında Komitənin ilk iclasının keçirilməsi planlaşdırırılır".

"Report" xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Bakıda keçirilən Fələstin dövlətinin Asiyadakı səfirlərinin iclasında bildirib.

O deyib ki, görüşün Fələstində keçirilməsi nəzərdə tutulub.

XİN başçısı vurğulayıb ki, Fələstinə üçün Azərbaycanın bütün məsələlərdə, o cümlədən Qüds məsələsində verdiyi dəstək çox vacibdir.

"Fələstinə yardımınız və səyləriniz üçün təşəkkür edirik. Azərbaycan Fələstinə yardım fondlarına 5 milyon dollar ayırıb. Qüds məsələsində Azərbaycanın bizi dəstəkləməsi bizim üçün çox vacibdir. Ölkələrimiz əlaqələri inkişaf etdirir və ümidvarıq ki, bundan sonra onlar daha da möhkəm olacaq. Həmçinin gələn il Fələstində nazirliklərimizin Komitəsinin ilk iclasını keçirməyi planlaşdırırıq", - o diqqətə çatdırıb.

Şərhlər

ayzek 2018-11-05 11:10:13

Azərbaycan radikal,ekstremist islamçılara niyə pul ayırır?

azər 2018-11-05 11:10:13

çox qəribə təzaddır: Fələstin ən azı bu son 30 ildə həmişə hayastana dəstək verib Qarabağın işğalına haqq qazandırıb..nə deyəsən belə düşüncəyə, saxta dostluğa..özü də özləri işğal, basqı altında ola-ola...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol