Menu

Prokuror baldızını bıçaqlayan şəxsə 15 il cəza istədi

05.11.2018, 17:28
Prokuror baldızını bıçaqlayan şəxsə 15 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı D.Təhməzovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, D.Təhməzov keçmiş həyat yoldaşı ilə mübahisə edəndən sonra baldızı Nuranə Fərzəliyeva məsələyə müdaxilə edib. Nəticədə o, Nuranəyə 6 bıçaq zərbəsi vurub.

D.Təhməzov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol