Menu

Moskvada İsrail əleyhinə mitinq keçirildi

07.08.2014, 16:48
Moskvada İsrail əleyhinə mitinq keçirildi

Moskvanın mərkəzindəki Qorkiy adına mədəniyyət və istirahət parkında İsrail vəhşiliyinə qarşı izdihamlı mitinq təşkil olunub.

SalamNews xəbər verir ki, jurnalistlərin, ictimai və siyasi xadimlərin, milli təşkilatların fəalları və adi moskvalıların iştirakı ilə baş tutan tədbirdə İsrailin Fələstin xalqına qarşı törətdiyi soyqırıma və dinc sakinlərin bombalanmasına son qoyulması tələbi səsləndirilib. Mitinqdə İsrail rejiminin təcavüzkar ordusu tərəfindən öldürülən 2000-ə yaxın dinc sakinlərin adları yazılmış lövhə, müxtəlif şüarları özündə əks etdirən plakatlar və İsrail vəhşiliyini sübut edən fotoşəkillər təqdim olunub.

Tədbirdə çıxış edən Rusiya İslam Komitəsinin sədri Heydər Camal, yazıcı, publisist Aleksandır Proxanov və başqaları İsrailin Fələstində törətdiyi zülümkarlığı xüsusi bildiriblər. Mitinqdə çıxış edən Fələstinin Rusiyadakı səfiri Faed Mustafa isə İsrailin dünya birliyinin, BMT-nin qərarvə qətnamələrini heçə saydığını və Qəzza zolağında heç bir beynəlxalq hüquqa sığmayan hərbi cinayətlərini iştirakçıların nəzərinə çatdırıb.

Mitinqdə uşaqların üzərlərində gəzdirdikləri “Mən hədəf deyiləm!” şüarlı fotoşəkillər isə Fələstində həlak olan körpələrin sanki səsini təcəssüm ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol