«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Prezident Donald Trampın personası ilə bağlı növbəti qalmaqal yaşanıb. Siyasi şərhçi Anna Navarro CNN telekanalının canlı efirindən bəyan edib ki, Ağ Evin başçısı «rasist donuzu»dur.
Navarro Trampın immiqrasiya siyasətini müzakirə edərkən, onu belə səciyyələndirib.
Öz ifadələrindən çəkinmədən, ekspert xahiş edib ki, onu ABŞ-ın 45-ci prezidentini «rasist» hesab edənlərin kateqoriyasına «yazsınlar». «Məni, Trpmpı rasist hesab edənlərin kateqoriyasına yazın. Onun fikrincə, meksikalılar - zorakılar və cinayətkarlardır, Salvador və Haiti isə «canavar yaşayan dəliklər»dir. O, rasist donuzudur» - deyə, Navarro bəyan edib.


Şərhlər