Menu

"ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur" - Ərdoğan

06.11.2018, 15:24
"ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur" - Ərdoğan

Ankara ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım hesab etmir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

"Sanksiyaların doğru olduğunu düşünmürük. Bu, dünya balansını pozmağa yönəlmiş addımdır, beynəlxalq hüquqa ziddir. Biz imperializm dünyasında yaşamaq istəmirik", - o deyib.

Türkiyə Prezidenti əlavə edib ki, Türkiyə İrandan 10 milyard kubmetr qaz alır.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol