Menu

Dünya çempionu dopinqdən istifadə etdiyi üçün dörd il müddətinə cəzalandırılıb

06.11.2018, 21:23
Dünya çempionu dopinqdən istifadə etdiyi üçün dörd il müddətinə cəzalandırılıb

İtaliyalı üzgüçü Filippo Manini dörd il müddətinə cəzalandırılıb.

"Report" "Corriere della Sera"ya istinadla xəbər verir ki, 36 yaşlı idmançı qadağan olunmuş preparatlardan istifadə etməkdə ittiham olunub.

Qeyd edək ki, Filippo Manini 9 dəfə Avropa və 2 dəfə dünya çempionu olub. O, həmçinin 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol