Menu

İspaniya ABŞ-ın İran üzrə ultimatumunu dəstəkləmədi

07.11.2018, 09:35
İspaniya ABŞ-ın İran üzrə ultimatumunu dəstəkləmədi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniya Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana yönəlik fəaliyyətini tənqid edərək, bildirib ki, bundan sonra da İranın nüvə proqramı üzrə Birgə hərtərəfli fəaliyyət planını (BHFP) dəstəkləmək niyyətindədir.

Bu barədə İspaniyanın xarici işlər naziri Jozep Borrel Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.

«Avropa İttifaqı (Aİ) və xüsusilə də İspaniya özunun siyasi xəttini yürüdür və İranla bağlanmış nüvə sazişini dəstəkləmək məqsədilə mümkün olan hər şeyi edir» - deyə, Borrel bildirib.

O, qeyd edib ki, Aİ BHFP-ı ona görə dəstəkləyəcək ki, Avropa müəssisələri bu saziş çərçivəsində İranla işləyə və oraya investisiya yatıra bilsinlər.

«İran bu saziş üzrə öz öhdəliklərini yerinə yetirir və Birləşmiş Ştaların sərəncamında heç bir səbəb və arqument yoxdur ki, bu sənəddən imtina etsin» - deyə, Borrel əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol