Menu

Barselonada bomba təhlükəsi - İki dəmir yol xətti bağlanıb

07.11.2018, 12:47
Barselonada bomba təhlükəsi - İki dəmir yol xətti bağlanıb

İspaniyanın Kataloniya əyalətinin mərkəzi olan Barselona şəhərində iki dəmiryol xəttinə bomba qoyulması ilə bağlı məlumat yayılıb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu səbəbdən şəhərin Sants de Barselona stansiyasındakı hər iki dəmiryol xəttində hərəkət dayandırılıb, giriş bağlanıb.

Kataloniya polisindən bildirilib ki, stansiyanın təhlükəsizlik əməkdaşları çantada bomba yerləşdirilməsindən şübhələnərək, polisə məlumat veriblər. Hadisə yerində polis və partlayıcı zərərsizləşdirən mütəxəssislər cəlb olunub. Kataloniyanın hüquq-mühafizə orqanları şaiyə və doğru olmayan məlumatı yaymamağa çağırıb.

Qeyd edək ki, Barselona İspaniyanın ikinci böyük şəhəridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol