Menu

Hökumət onlayn mediaya da pul ayırsın - Əflatun Amaşovdan ÇAĞIRIŞ

07.11.2018, 14:18
Hökumət onlayn mediaya da pul ayırsın - Əflatun Amaşovdan ÇAĞIRIŞ

“Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O qeyd edib ki, onlayn media dövlət büdcəsindən maliyyə ayrılmalıdır: “Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.

Şərhlər

Mirzə AĞ 2018-11-07 14:18:30

Necə olur ki, məsələn, Serbiyada "Müqəddəs Petka" kilsəsini 500 min dollara nəmir etdirən hökumətcik onlayn mediaya pul tapmır?! Milyardların "havaya sovrulduğu" bir ölkədə, 1 milyon manat nədir ku?..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol