Menu

UEFA-nın hazırkı rəhbəri növbəti prezident seçkilərində yeganə namizəd olacaq

08.11.2018, 16:48
UEFA-nın hazırkı rəhbəri növbəti prezident seçkilərində yeganə namizəd olacaq

UEFA-nın hazırkı rəhbəri Aleksandr Ceferin qurumda keçiriləcək növbəti prezident seçkilərində yeganə namizəd olacaq.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, noyabrın 7-də ərizə qəbulu başa çatıb. UEFA-nın növbəti prezident seçkiləri 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romadakı Konqresdə keçiriləcək.

Qeyd edək ki, Aleksandr Ceferin 2016-cı ildə UEFA-nın prezidenti seçilib. O, quruma üzv olan milli assosiasiyalardan 42-nin səsini alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol