Menu

Salahın Misirdəki heykəli mübahisələrə səbəb olub... - FOTO

10.11.2018, 20:56
Salahın Misirdəki heykəli mübahisələrə səbəb olub... - FOTO

Liverpulun ulduz futbolçusu Məhəmməd Salahın vətəni Misirdəki heykəli salahsevərlər tərəfindən birmənalı qarşılanmayıb. Bu barədə musavat.com xarici mətbuata istinadən məlumat verir.

Sosial mediada yer alan şərhlərdə Şarm Əş-Şeyxdə yerləşən Dünya Gənclik Formunda nümayiş etdirilən heykəlin Salahdan daha çox müğənni Leo Sayer-ə , ya da Evdə tək filmindəki oğru obrazını canlandıran Marv-a bənzədilib.

uu.PNG (506 KB)

Salahın qol atdıqdan sonrakı sevinmə hərəkətini göstərən heykəlin nümayiş olunduğu formu Misir Dövlət rəhbəri Əbdülfəttah Sisi başda olmaqla minlərcə insan ziyarət edib.

Buna bənzər hadisə ötən ildə portuqaliyalı Kristian Ronaldonun da başına gəlib.

Belə ki onun heykəlinin memarı Emanuel Jorge da Silva ronaldosevərlər tərəfindən tənqidə məruz qalmışdı. Çünki insanlar heykəlin Ronaldaya bənzəmədiyini iddia edirdi.

Related image

Image result for leo sayer

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol