Menu

Ağstafada 2 dəmir yolu işçisi yanıq xəsarətləri alıb

11.11.2018, 13:25
Ağstafada 2 dəmir yolu işçisi yanıq xəsarətləri alıb

Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

Xəsarət alanlar Suraxanı rayon sakinləri - 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol