Menu

Ermənilər küçələrə axışdı - Video/Foto

08.08.2014, 13:02
Ermənilər küçələrə axışdı - Video/Foto

Son günlər təmas xəttində baş verən hadisələrlə əlaqədar İrəvanda izdihamlı etiraz aksiyası keçirilib.

AzPolitika.info-nun məlumatına görə, Ermənistan və Avropa İttifaqının bayraqları ilə Azadlıq meydanına yürüş edən etirazçılar Qarabağdakı əməliyyatların Ermənistanın xeyrinə olmadığını bildiriblər.

"Tert.am"la söhbət edən yürüş iştirakçılarından biri məramlarını bütün Ermənistan əhalisinə çatdırmaq istədiklərini bildirib: “Bu müharibə üçüncü qüvvələrin maraqlarına xidmət edir və biz cəmiyyətin də bu müzakirələrə qoşulmasını istəyirik. ”.

Onlar rejimdən Qarabağdan qoşunları çıxarmağı tələb edir.

İrəvan rejimi mitinqlə bağlı məlumatları yaymağa mane olur. Erməni jurnalist mitinqin görüntülərini gizli çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol