Menu

Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

13.11.2018, 11:17
Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi 41 yaşlı Adil Ələsgərov Ukraynada saxlanılıb.

“Report” xəbər verir ki, “ADF” şirkətinin prezidenti olan A.Ələsgərov vergi ödəməkdən yayındığına görə barəsində cinayət işi başlanıb.

Hazırda biznesmenin Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.

Qeyd edək ki, “ADF” şirkəti Azərbaycana avtomobil ehtiyat hissələri gətirirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol