Menu

Neftin qiyməti sürətlə düşməyə davam edir

13.11.2018, 16:46
Neftin qiyməti sürətlə düşməyə davam edir

Dünya bazarında neftin qiyməti düşməyə davam edir.

“Report” xəbər verir ki, London birjasında “Brent” markalı xam neftin yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 16:35-ə olan məlumata görə, 1,74% azalaraq 68,90 dollar/barel olub.Bu, bu ilin aprel ayının 9-dan bəri minimum qiymətdir.

Nyu-York birjasında WTI markalı xam neftin dekabr fyuçerslərinin qiyməti 1,92% geriləyərək 58,78 dollar/barel təşkil edib.Bu isə fevralın 14-dən bəri ən aşağı qiymətdir.

Neftin qiymətinin azalmasının sürətlənməsi ABŞ Prezidenti Donald Trampın bəyanatları və bu gün OPEC-ın aylıq hesabatını açıqlaması ilə əlaqələndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol