Menu

Ana və iki uşağını maşın vurdu - Körpə bacı-qardaş öldü

08.08.2014, 14:31
Ana və iki uşağını maşın vurdu - Körpə bacı-qardaş öldü

Şəmkir rayonunda ailə faciəsi ilə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 7-si saat 22 radələrində Şəmkir rayonu Düyərli kəndinin ərazisində Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakini Dinarə Bayramovanı, onun azyaşlı oğlu Fəqanı və azyaşlı qızı Gültacı vurub.

Uşaqlar hadisə yerində ölüb, D. Bayramova xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol