Menu

Şabranda piyadanı maşın vuraraq öldürüb

13.11.2018, 22:29
Şabranda piyadanı maşın vuraraq öldürüb

Şabran rayonunun Ağalıq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şabran Rayon Mərkəzi Xəstəxanasından "Report"un Şimal bürosuna verilən məlumata görə, axşam saatlarında tibb müəssisəsinə "təcili yardım" maşını ilə şəxsiyyəti məlum olmayan kişi meyiti daxil olub.

Onun avtomobillə vurulduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Bundan əvvəl Ağstafada avtomobil piyadanı vuraraq öldürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol