Menu

"Brent"in qiyməti 8 ayda ilk dəfə 65 dollardan aşağı düşüb

14.11.2018, 08:24
"Brent"in qiyməti 8 ayda ilk dəfə 65 dollardan aşağı düşüb

"Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti cari ilin 16 mart tarixindən bu yana ilk dəfə olaraq 65 dollardan aşağı düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 00.39-a olan vəziyyətə görə, "Brent"in yanvar fyuçerslərinin qiyməti bir barelə görə 7,43 faiz azalaraq 64,91 dollara enib.

Bununla belə, cümə günü WTI markalı yüngül neftin qiyməti 2017-ci ci 17 mart tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 55 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə 00.49-a olan vəziyyətə görə, WTI növünün dekabr fyuçerslərinin qiyməti bir barelə görə 8,31 faiz düşərək 54,95 dollar təşkil edib.

Hərraclar zamanı bir barelə görə qiymət 54,77 dollara qədər enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol