Menu

“Qaqaş” ləqəbli narkotacirin ibtidai istintaqı başa çatıb

14.11.2018, 09:24
“Qaqaş” ləqəbli narkotacirin ibtidai istintaqı başa çatıb

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Qaqaş” ləqəbli" Rəşad Səfərovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Balaxanı qəsəbə sakini, “Qaqaş” ləqəbli R.Səfərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinərək saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol