Menu

Anjey Kaspşik cəbhə xəttində növbəti monitorinq keçirib

14.11.2018, 12:30
Anjey Kaspşik cəbhə xəttində növbəti monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Genadi Petrika, Oqnyen Yoviç və YSPQ-nin rəhbəri polkovnik-leytenant Harri Okoner aparıblar.

Şərhlər

Qulu 2018-11-14 12:30:27

Deyirlər bunlar monitorinq keçirəndə atəşkəs pozulmur.Elə isə bunların sayını 7 nəfərə çatdırsınlar və növbə ilə gündə biri dursun təmas xəttində.Elmar Məmmədyarov da olsun Qarovul rəisi.Day gic gic ölkələri gəzməyi qurtarsın.Onsuz da hamısını gəzib qurtarıb.Bir qalıb BUŞMENLƏR VƏ MASAİLƏRLƏ görüşmək ki, ona daehtiyac yoxdu,çünki onlar Qarabagı hərləmirər, öz dərdləri elə Qarabag boydadı.Vəsslam atəşkəs bərpa olundu.Burda çətin nə var ki?(Maşallah deyəsən bu təkcə mənim aglıma gəlib.Hardadı Elmarda o qafa?)

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol