Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament işçilərinin mənzillə təmin edilməsi üçün vəsait ayrılması təklif edilib.
“Report” xəbər verir ki, bu təkliflə “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.
“Milli Məclisin işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxlarının mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”, - deputat əlavə edib.


Şərhlər
Bu AXC hakimiyyəti dövründə tutan, indiki hakimiyyət dövründə .... (Tahir Kərimli) indiyə qədər hansı nəaliyyətləri olub ki, indi ev istəyir dövlətdən.
Göndər
Əcaib təklif. Deputatlar monopolist,biznesmen.Niyə onların pulu çatmır? Bəs deputat olana qədr onlar çadırrda yaşayıblar?Belə düşünülməmiş təklifiniz ictimaiyyətdə nifrət oyadır.Bəs 300-400 manat maaş alan ailə neynəsin? Deputat xalqın elçisi olmalı,millətin ağrı-acısını duymalıdır.Sən isə hamıdan artıq (300-500 manat) maaş alanlara artım,, ev almağa ( halbuki onların özlərinin və evladlarının evləri mövcuddur ) yardım istəyirsən.Sadəcə ayıbdır! Hələ bir əvvəlki iş yerlərindən maaş alanlarınız da var.
Bəyən · Cavab yaz · 1d