Menu

Hindistanda avtobus dərəyə aşdı - 12 ÖLÜ

18.11.2018, 19:28
Hindistanda avtobus dərəyə aşdı - 12 ÖLÜ

Hindistanın şimalında sərnişin avtobusu dərəyə aşıb.Avtobusun dərəyə aşması nəticəsində azı 14 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə Uttarkhand ştatında baş verib. Avtobusun sürücüsü çətin dağlıq yolda idarəetməni itirib və avtobus 150 metr dərinliyi olan dərəyə aşıb.

Hazırda xilasedicilər yerli sakinlərin dəstəyi ilə ölən və xəsarət alanların təxliyəsini həyata keçirir. Xilasetmə əməliyyatına helikopter cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol