Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Modern.az” saytına müsahibəsində Şuşada keçən günləri, illəri haqda danışıb.
“AzPolitika.info”nun məlumatına görə, az qala hər müsahibəsi, açıqlaması sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan B.Səfərovun bu müsahibədəki bəzi fikirləri də diqqəti çəkib. Xüsusən də onun Şuşanın işğalı günü ilə bağlı dedikləri müzakirə mövzusuna çevrilib.
İcra başçısı “Şuşa tutulandan sonra heç ağladınızmı” sualına belə cavab verib: “Göz yaşımı axıdıb ağlamadım, amma ürəyim, içim bu gün də ağlayır. Şuşam üçün çox darıxıram...”
B.Səfərovun bu suala cavabının sonrakı hissəsindən belə məlum olub ki, işğal günü o Şuşada olmayıb. Sitat: “Düzü, mən mayın 8-də Şuşada deyildim. Mayın 6-da Bərdəyə getmişdim. Bir dostumuz var, onun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı. Mən buna görə ayın 6-da Bərdəyə getmişdim.
Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi. Hətta mənim balaca qardaşım Vüqar gec çıxmışdı. Mən də ortancıl qardaşım Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: “Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”.
Balaca qardaşım isə mənə demişdi ki, vəziyyətin pis olduğunu görüb az qala bacımı güllələmək istəyib. Səbəb bəllidir – düşmən əlinə keçməsin...”
Kiçik qardaşını Şuşada qoyub çıxdığına görə ortancıl qardaşını danlayan, özü isə Bərdədə il mərasimində iştirak etmək adı ilə 3 gün əvvəldən Şuşanı tərk edən B.Səfərovun köçkünləri torpaqları qoyub qaçmaqda ittiham edənlərlə bağlı cavabı da maraqlıdır: “Məcburi köçkünləri ittiham edənlərin dünyagörüşləri çox aşağı səviyyədədir. İstər Şuşa, istərsə də, digər işğal olunan rayonlar olsun. Birincisi bu rayonların hamısı eyni vaxtda işğal edilməyib.
Bu gün məcburi köçkünləri ittiham edənlər, Qaradağlı kəndində, Xocalıda soyqırımı törədiləndə harada idilər?! Onlar niyə bizim yanımızda deyildilər?! Onlar bizim yanımızda olsaydılar, görərdilər ki, qaçmışıq ya yox! Biz əliyalın idik.
Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı polkun bütün silahları var idi. Üstəgəldə nizamlı Sovet ordusu… Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!
Məcburi köçkünləri ittiham edənlər axmaq adamlardır. O adamlar ən azından bircə dəfə o təhlükəli yollarla avtobusla Şuşaya, Laçına getmişdilərmi?! Bu gün məcburi köçkünləri ittiham edənlər o hadisələri görməyən, bilməyən adamlardır.
Şuşanın 196 şəhidi olub. Halbuki, Ermənistana biz müharibə elan etməmişdik. Evimizdə oturmuşduq, göydən başımıza mərmilər yağırdı. Gün ərzində nə qədər atəş açılırdı, uşaqlar, qocalar yaralanırdı. Gözümlə görmüşəm, mərmi atıldı, qadının qolu qopub yerə düşdü. Qol yerdə çırpınırdı...”
V.Nəsibov

Şərhlər
bir nece il bundan evvel ermeni rus saytlarin birinde Shusha hagda guclu diskussiya gedirdi...bir ermeni arvad yazdi ki ,sizde doyusden,muharibeden ,igidlikden danishirsiz ? Shuhani cubugla saxlamag olardi ,sizler ise Shushaya bir nece mermi dushmegle aradan cixdiniz.Bu sozlerden sonra deyeceg bir sozumuz olmadi.Duz soze ne deyesen.
.... Torpaq qeyrəti orda çəkmək lazım idi. İndi hapa gopa basmağın nə mənası.
Heç olmazsa M.Gozəlovu sifariş edən və güllələуənlər mühakimə edildimi? Уoxsa, onlar da, тerrorbaşları Koçərуan və Sərgisуan kimi тoxunulmaz şəxsləriуmiş?
Mərhum Kamal Sunalın yaratdığı ölməz Şaban obrazı bele hallarda şirin yumorlu ləhcəsi ilə "Eşşək oğlu eşşək, maşallah lap ayı kimisən" deyərdi və heç kim də bu sözlərdən inciməzdi. Mən isə yalnız qara bayramlarda ortaya çıxan üzüqara Bayrama deyirəm ki, ərən igidə sinəsini qabağa vermək üçün kişi sinəsi gərəkdir. O biri sinə sahiblərinə isə təkcə sinə verməsi o qədər də vacib və mütləq deyil.
Şuşanın İH Başçısı Gözəlovu otağında güllələdilər.Çünki,O Qarabağda yedganə VƏZİFƏLİ aZƏRBAYCANL kişi idi ki,gecə-gündüz edrmənilərə qarşı mübarizə üçün xalqı səfərbər eddirdi.Onda bu bayram qaçıb Bakıya gəlmişdi.
Yox! Səndə sinə qabağa vermək üçün cürət var? Bəs rəhbər necə olmalıdır?
O öndə getməlidir ki, xalq ona inanıb arxasınca getsin.Yoxsa pişik kimi qorxub,hamıdan qabaq ortadan çıxmağı kişilik mi sayırsan? Hələ maraqlısı odur ki, olmayan rayona 30 ildir icra başçısı sayılanlar otuub havayı maa. alır,Bunun kimi rayonların bütün strukturları havayı maaş,müavinət alır.Axı bu rayonların əhalisi bir neşə rayonlarda məskunlaşıb (28 il!) və o rayonların öz idarəçiləri var.Havayı məsrəflər!
Heç olmasa Şuşadan danışma sən Şuşada yox idin Elman Xocalıda heç olmasa qoy orda olanlar sizlərin indiki daşıdığınız vəzifələri icra etsinlərdə.
Çox çətin məsələymiş..Ay Qardaşlar,müsahibə götürəndə bir baxın ki,qarşınızda dayananın aurasında nə ``yazılıb``.Hansı yuvanın quşudur.Dünyaya qarnının gözüylə baxanların Vətən sevgisi ola bilərmi ki.
YALAN DANIWMA,QOL YERDE CIRPINA BILMEZ,KERTENKELE QUYRUQU DEYILKI.BURADA DEYIBLER ,,SINEN OLAN YERDE ... GULLEYE VERME BAYRAM,,NAQIL DANIWIR 6siYASA GETMIWDIM.BOYNUVA AL KI,XOCALI GOZUMUZU QORXUTMUDU,DEREBEYLIK IDI.IMKANLILAR QACMUWDI.INDI URUS SULH YOLU ILE QARABAQI VE ETRAF R-RI QAYTARACAQ.XU...QAYTARACAQ
1991-ci ilin dekabr ayının 11-də Şuşanın icra başçısı M.Gözəlov iş otağında güllələnmişdi.Dekabr ayının axırında isə ermənilər vertolyotdan Şuşaya növbəti 9 may qələbə bayramını Şuşada keçirəcəkləri barədə listovkalar atmışdılar. Bu səbəbdən də Şuşanın imkanlı adamları Laçın dəhlizi ilə əmlaklarını yük maşınları ilə Şuşadan çıxarmağa başlamışdılar və buna mane olan heç kəs yox idi. Ona görədə Şuşanın işğalına 3 gün qalmış B.SƏFƏROVUN və digər İMKANLI ŞƏXSLƏR Şuşanı tərk etməsi başa düşülən məsələdir..
o vaxt Şuşanın müdafiəsini təşkil etməyə məsul ola ağırçəkili general Tahir Əliyevin də heç burnu da qanamaşdı..sonralar onu komitə və MM-də komissiya sədri təyin etdilər..analoqsuz ölkə..
Şuşa alındı amma Şuşanın qorumasına məsul olan I şəxs orada deyildi.A Bayram səni Şuşanın bu vəziyyətində dostunun atasının ilinə getmədiyinə görə heç kim qınaya bilməzdi, lakin Şuşanın işğalına görə sənin .... gələcək nəsil həmişə xatırlayacaq.Heç olmasa danışıb camaatın duyğuları ilə oynama.Villalarının sayını, var-dövlətini artırmaqla məşqul ol.Əlahəzrrət zaman sənin cəzanı verəcək.Utanmasan uynamaöa nə var ki?
Bayram kisi , eger gullenin qarsisini tutan divarin sahesinden sohbet getse, sineni yox... qarsisina almaqa yonlendirmeli idin! Cunki... Gunah seni bu posta qoyanlardadi, senin kimi siyasi savadsizi ora teyin etmek olmazdi! Bu gunlerde Yalanci Qarabaq ermeni dovletinin bascisinin Fransadaki od kimi cixisina baxib xecalet ceksinler!!! Sen hec doqma dilimizde hecne danisa bilmirsen. Ozun erize ver get. Qoy bu isi bacaranlar bu isle mesqul olsunlar.
İndi də gec deyil. Uşaqlarını nəvələrini göndər müharibə zonasına torpağı qorusunlar. Bir neçə milyonluq villalarda yaşayırsan,biznesin obyektlərin.200 minlik maşınlarda gəzirsən. Xarici ölkQacqın həmkarlarından isə yataqxalarda vasqonlarda hələ də çoxu ehtiyac içindədirlər.
1.Vaxтilə SSRİ əhalisi aуlarla evlərindən çixmaуıb, sonda hərbi mühasirədən qalib çıxıblar! Şuşanın başçıları harada idilər? 2.Bəs, keçən 25 ildə Şuşanın azadlıgı ugrunda hansı hərəkəтləri düşünmüsünüz? 3.Sizcə nədən, əsasən işgal ərəfəsi oradan çıxanlar vəzifədə qaldılar və уa sonradan vəzifələrə qoуuldular? 4.Nədən icmanız Şuşanı-dogma mülklərinizi hərbi genosidlə işgal edən cinaуəтkarlara qarşı Azərbaуcan və SSRİ Ali, Avropa məhkəmələrində iddialar qaldırmamısınız və уa qaldırmırsınız?
Goresen ermenigatlarin sayi ne gederdir olkede?Deyesen,gezen shaieler duzdur...
sir sifətindəki piydən bilinir elə igidliyin. nə ...atıb səni bakıya,yeyib içi piylənirsən özünçün.
Sanki bu adamı Şuşaya İHB qoyub bütün Şüşalıları təhqir edirlər.Belə mədəniyyətdən xəbərsiz adama nəinkimədəniyyət beşiyi olan Şuşanın taleyini həvalə etmək olmaz, hətta 5-10 qoyunu da etibar etmək olmaz ki, axşam qoyunları qaytarıb evə gətirəcək.Bu gün Şuşa yarandıgı vaxtdan indiyədək ən faciəli və alcaldıcı zamanını yaşamaqdadır(buna yaşamaq demək olarsa)
Senin kimlerin badina getdi WuwA