Menu

"Gələn il Vergi Məcəlləsinə dəyişikliklər beş istiqaməti əhatə edəcək" - Mikayıl Cabbarov

20.11.2018, 22:02
"Gələn il Vergi Məcəlləsinə dəyişikliklər beş istiqaməti əhatə edəcək" - Mikayıl Cabbarov

2019-cu il büdcə paketinə daxil edilmiş Vergi Məcəlləsinə dəyişikliklər beş vacib istiqaməti əhatə edəcək.Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, birinci istiqamət sahibkarlığın dəstəklənməsi olacaq ki, bu da həm iqtisadi inkişaf, həm də vergi ödəyicilərinin hüquqlarının artırılması baxımından vacibdir:“İkinci istiqamət “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və iqtisadiyyatda şəffaflığın təmin olunmasıdır”.

M.Cabbarov bildirib ki, üçüncü istiqamət vergitutma bazasının genişləndirilməsi, dördüncü istiqamət iqtisadi səmərəliliyin artırılması üçün vergi güzəştlərinin tətbiq edilməsi olacaq.

Nazir əlavə edib ki, dəyişikliklərin əhatə etdiyi beşinci istiqamət vergi idarəetməsinin müasirləşdirilməsi olacaq.

Şərhlər

VERGİ ÖDƏYİCİSİ 2018-11-20 22:02:46

Heç bir yaxşıya doğru dəyişiklik gözləmirik,ona görə ki,indi də təzə metoda başlayıblar, komeral yoxlama adı altında yoxlanılmamış rəqəmləri sahibkarın belinə yükləyirlər, yazırsan da heç sənin yazdığın məktuba nə cavab verirlər nə də reaksiya.eyni şeyi dəfələrlə yazıb izah edirik xeyri yoxdur.birincisi imkan vermirlər sahibkar işləsin ikinci də büdcə də dolmalıdır hansı yolla , bu yolla yəqin ki. Cənab nazir çox xahiş edirik bu məsələni nəzarətdə saxlyın belə yaramaz. bu yolla büdcəni doldurmaq o

Müfəttiş 2018-11-20 22:02:46

Şəxsən mən yaxşı heç nə gözləmirəm....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol