Menu

YAP MƏHƏRRƏMOVDAN İMTİNA ETDİ! – Rəhbərliklə birlikdə ziyarətinə imkan verilmədi + FOTO

21.11.2018, 17:13
YAP MƏHƏRRƏMOVDAN İMTİNA ETDİ!  – Rəhbərliklə birlikdə ziyarətinə imkan verilmədi + FOTO

Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümüdür. Hakim partiya bu münasibətlə bir neçə tədbir keçirib, o cümlədən Fəxri Xiyabanda partiyanın qurucusunun – Heydər Əliyevin məzarı ziyarət olunub.

“AzPolitika.info”nun məlumatına görə, YAP rəhbərliyinin H.Əliyevin məzarını ziyarət etməsi zamanı maraqlı bir məqam diqqəti çəkib. Belə ki, son günlərin “qəhrəmanı” – Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik, YAP Siyasi Şurasının üzvü Abel Məhərrəmov ziyarəti partiya rəhbərliyi ilə birlikdə yox, tək həyata keçirib.

Burdan belə nəticə çıxarmaq olar ki, A.Məhərrəmov təkcə vəzifəsini itirməyib, eyni zamanda rəhbərliyində təmsil olunduğu hakim partiyada arzuolunmaz şəxsə də çevrilib. Ona görə də YAP rəhbərliyi ilə birlikdə H.Əliyevin məzarını ziyarət etməsinə, yəni rəhbərliklə bir sırada görünmüsinə icazə verməyiblər.

Digər ehtimal odur ki, A.Məhərrəmov özü YAP-dan incik düşdüyü üçün rəhbərliklə birlikdə ziyarətə getməyib. Tək getməklə incikliyini nümayiş etdirmiş olub.

Rasim ƏLİYEV

21d06742-fc77-4d96-9e5b-b7e4c526c847

Şərhlər

Rəfael 2018-11-21 17:13:05

Görəsən möhtərəm Prezident bu hadisəyə nə zaman qiymət verəcək?
Alkoqol sevimlisi ,alverçisi olan adamım gənclərin təhsili və tərbiyəsi ilə məşğul olması nə qədər düzdür?

-- 2018-11-21 17:13:05

Abel Məhərrəmov az talan edib. Görün Yüksək Qurumda oturanlar, nazirlər, müavinləri, deputatlar, icra bashcıları və onların əzizləri Abel Mərhərrəmovu talan- qarətdə geridə qoyurlar. Neftdən, qızıldan basqa nə istəyirsiz talayın. Haydı irəli talancı təbəqə.

ayzek 2018-11-21 17:13:05

ODİNOKİY VOLK ABEL MAKKUEYD!!!

rasim 2018-11-21 17:13:05

Əhsən, Hacıbalaya! Bir daha göstərdi ki, kütlələrlə oynamaqla yanaşı, həmçinin məmurları da oynatmağı bacarır. Göstərdi ki, ondan başqa heç bir çəmurun tribunaya çıxıb, söz demək qabliyyətləri yoxdur. YAP-ın ondə gedəni, onun düşüncəsi, ürəyi Hacıbaladır. Abelin sözü vardı, çıxıb deyərdi. Partiyanın yubiliy məruzəsini həmişə partiyanın ən ağıllı, ən fədakar, ən təmiz məmura həvalə edirlər. Hacıbala, virtuoz oyunçudur! Əhsən!

veten dashi 2018-11-21 17:13:05

Her sheyi Uca allaha buraxin. Xalqin rezaleti ustunde servet qazananlar mal-mulk sahibi olanlarin hec biri onun edalet qilincindan qurtula bilmeyecekler.Ovladlarina yedizdirdiyi haramlar qaynar qurgushun kimi sinelerin deshecek.Ya narkoman olarlar ya da cahil olub rezalete dusherler.Halal haram; her zaman keser.Ey Uca allah SEN her sheyi goren ve bilensen.Biz yerdekilerin haqsizliqindan SENE siqiniriq.

Firəngiz. 2018-11-21 17:13:05

Yapa olan inam ele ulu öndermizle beraber ölüb. yegane xalqın atasıydıki xaıqın icinde idi

Mehriban 2018-11-21 17:13:05

Halaldı abel meherremovaki .... azerbaycan partiyasını (y.a.p) terk edib. ele o birilerinede meslehet bilerdim. yapı gülüng vezyetne getirdiler. qiymetleri qaldıra qaldıra

BABAYEVA ASYA EHMEDELI Qi 2018-11-21 17:13:05

siz hala bunun ambisiyalarina sakida baxin bu insanla nainki bir sirada olmag dayanmag axmagligdi

Analitik 2018-11-21 17:13:05

Talişin sozune quvvet.. Heç kes heyarda sehvlerden sigortalanmayib.. Alim ve ziyalilar (noqsanlari ile paralel) elm kimi deyerli alemde emeyi olan şexsiyyetlerdirler.. Her bir şeye ve kulli aleme Qadir Uca ALAHDIR! Biz onun qarşisinda kimik ki, insani muhakime ya muzakire eleyek.. Ancaq saglam ve semimi cemiyyetlerde bu tipli veziyetleri sivil yanaşmalarla, insani huquqlara hormetle hell eleyirler.. Mehz ona gore de, onlar daha inkişaf edirler ve bizimkiler de yaxşi, medeni yaşam terzi uçun oraya gedirler..

Arif Eliyeva 2018-11-21 17:13:05

. Men Abel Meherremovu mudafie etmek istemirem. Ovladim hemin universiteti bitirib, orada magistr olub. Bir hemin metbextden olan muellim kimi deyirem. Hec bir universiteti suya cekmeyin hamisi eynidir. Kommunistlerden de az danisin Bu gunki nomenklatura hamisi kommunistlerdi. Sadece onlarin zamaninda qanunlar isleyirdi,indi ise qaydalar. Bu gun Abel Meherremovu vuran memurlar ondan daha dovletli korrupsionerlerdi! Onlarin da palanlarini acsalar... bilirsiz de neler olacaq. Zaten danisanda fikirlesin...

putin 2018-11-21 17:13:05

Abel yazigi bu hune qoymayin ....qoy sellensin

Taliw 2018-11-21 17:13:05

Esl Azerbaycan realliqi biri bir balaca budredi derhal yalinciq kimi her kes arxadan vurur...

Oxucu 2018-11-21 17:13:05

Yap yaxşi

antiAbu 2018-11-21 17:13:05

YAP-ın ən sədaqətlisi hesab edilən Hacıbala Abutalıbov 1990-cı ilədək, Kommunist Partiyasının üzvü olmaqla bərabər, həm də Xalq Cəbhəsinin ekstremist qanadının fəallarından olub, 1990-1991-ci illərdə Mütəllibovun aktiv təbliğatçısı olub, 1992-ci ildə AMİP-ə daxil olmasına imkan verməyiblə, buna görə də məcbur qalıb, Heydər Əliyev hərakatına qoşulmalı olub. 1993-1995-ci illərdə, Kriogen korpusunda milli lider barədə söylədiyi nəlayiq sözləri bu institutun istənilən əməkdaşı təsdiqləyə bilər.

EJDER 2018-11-21 17:13:05

EWWI ABEL BARIWIN GETSIN,HAMINIZ BIR...GET ELMI IWLE MEWQUL OL.LONDONDAN SALAMLAR

çina 2018-11-21 17:13:05

sən də deyəsən elə onların qohumusan.familiyan onlardandır.

Arif Əliyev 2018-11-21 17:13:05

Ardı---şübhəsiz bunların içində səhf edənlərdə olur xarici təxribatçılara qoşulanlarda bu tip insanların əksəriyyəti sonradan günahlarını H.Əliyevin qəbrini ziyyarət etməklə yumaq istəyirlər təki elə olsun amma mənim qorxum budurki bu tip adamlar hər gün günah edib və etdiyi günahları bilə-bilə onu təkrarlayırlar və həccə gedirlərki Allah onların günahını bağışlasın Allah bağışlasada onlar tutuğu günahlardan əl çəkmirlər arzu edəkki bizi alimimiz ziyyalımız Abel müəllim o ziyyarətçilərdən olmasın inşallah.

Arif Əliyev 2018-11-21 17:13:05

Rəhmətlik Heydər Əliyev ölkmizin bütöliyini saxlamaq üçün həmi qarışıq illərdə doğurdanda kimin kim oldu bilinməyən zamanda azadlığı siyasətiin nə olduğunu anlamayan əksər kommunistlərlə işləmək çox çətin anlar idi ona görədə rəhmətlik əksər postlara həm yrlilərini təyin etmişdi bunların əksəriyyəti ölkənin qorunmasında və idarə edilməsində H.Əliyevə yardımçı oldular bir neçə nəfərləri götürməklə demək olar hamısı indinin özündədə dövlətimizə millətimizə sadiqdirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol