Menu

Almaniyanın kansleri BMT-nin miqrasiya paktını dəstəkləyib - 2015-ci ilin hadisələrini xatırladıb...

21.11.2018, 20:39
Almaniyanın kansleri BMT-nin miqrasiya paktını dəstəkləyib - 2015-ci ilin hadisələrini xatırladıb...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın kasleri Angela Merkel Birləşmiş Millətlər Təşkilatının (BMT) təhlükəsiz və tənzimlənən miqrasiya paktını qlobal çağırışlara «düzgün cavab» adlandırıb.

«Belə fikirləşmək səhv olardı ki, hansısa bir ölkə miqrasiya ilə təkbaşına bacara bilər» - deyə, kansler 2015-ci ilin hadisələrini xatırladıb. O zaman Avropaya gəlmiş qeyri-leqal miqrantlar Almaniyaya axışıblar.

Almaniya hökumətinin başçısının sözlərinə görə, «bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün dünyada miqrantlar (əmək miqrantları və qaçqınlar) üçün şərait yaxşılaşsın».

Xəbər verildiyi kimi, BMT-ni sözügedən paktında Bolqarıstan, Polşa, Macarıstan, Avstriya, Çexiya və ABŞ iştirak etmək istəmirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol