Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb. Bu barədə "Report"a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, 600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə əlaqədar Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, Radizavodun ətrafı, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində məhdudiyyətlər olub.


Şərhlər