PA rəsmisi irəliləyişin Sarkisyanın konstruktiv mövqe tutmasından asılı olacağını deyib
"Sabah Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqdır".
Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində bildirib.
O, artıq Soçidə olduqlarını yazıb. "Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcəkdir. Bu gün Azərbaycan və Rusiya Prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər".
PA rəsmisi danışıqlarda irəliləyişin Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacağını deyib.


Şərhlər