Menu

Ər-Riyad yanvarda neftə tələbatın az olacağını proqnozlaşdırır

23.11.2018, 09:24
Ər-Riyad yanvarda neftə tələbatın az olacağını proqnozlaşdırır

Səudiyyə Ərəbistanı yanvar ayında neftə tələbatın az olacağını gözləyir və bazarda onun artıq qalmasına yol verməmək üçün buna uyğun şəkildə davranacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid bin Əbdül Əziz əl-Faleh deyib.

"Bildiyiniz kimi, İran ixrac icazəsi alıb…Ona görə yanvarda Səudiyyə neftinə tələbat daha az olacaq. Biz müştərilərimizin ehtiyac duymadığı nefti satmayacağıq Bir neçə il əvvəl müşahidə etdiyimiz bolluq heç kimin marağında deyil", - deyə "Reuters" onun sözlərini sitat gətirib.

Bundan əvvəl ABŞ İran neftinin ixracına sanksiya tətbiq edib, lakin eyni zamanda Hindistan və Çin də daxil olmaqla 8 ölkəyə 180 gün ərzində İrandan neft almağa icazə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol