Menu

Sabunçuda evdən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlanıb

23.11.2018, 13:02
Sabunçuda evdən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlanıb

Bakıda evdən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 22-nə keçən rayon ərazisindəki evlərin birindən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Əfsanə Məmmədova saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol