“Bu dövlət məni yetişdirib, hara istəsə ora da gedəcəyik”
Prezident İlham Əliyevin noyabrın 20-də vəzifəsindən azad etdiyi energetika nazirinin müavini Natiq Abbasov "Report"a açıqlama verib. Keçmiş nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib: "Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə, prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, bu siyasətlə həmrəyəm. Bundan sonra harada və necə çalışacağımı zaman göstərər. Bu dövlət məni yetişdirib, hara istəsə ora da gedəcəyik”.
N.Abbasov nazir nazir Pərviz Şahbazovla münasibətlərinin yaxşı olmaması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: "Baxmayaraq ki, sərəncam bir neçə gündür verilib, amma indi işdəyəm, sənədlərimi yığıram. Yəni mən küsüb gedənlərdən, qovulanlardan deyiləm. Nazir çox gözəl insandır və onunla heç bir problemim olmayıb”.
***

Bu barədə Energetika Nazirliyindən "Report"a bildirilib.
Natiq Abbasov 2009-cu ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.


Şərhlər
Deyirsənki əsəblərimlə bağlı işdən çıxmışam 7 Çox yaxşı. Sonra da qeyd edirsən ki, bu dövlət məni yetişdirib,hara göndərsə orda da işləyəcəyəm ? Bəs əsəbləri yerində olmayan adam,başqa yerdə necə işləyəcəkdir ?
Elə Abel də çox içdiyindən əsəbləri pozulmuşdu.İndi öz xahişi ilə bir balaca istirahət edir.