Menu

ABŞ-da “Qara cümə”nin alıcılarına atəş açılıb - 3 ölü, 2 yaralı

23.11.2018, 22:05
ABŞ-da “Qara cümə”nin alıcılarına atəş açılıb - 3 ölü, 2 yaralı

ABŞ-ın Alabama ştatına “Qara cümə” günü alış-veriş mərkəzlərindən birinə silahlı hücum olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı çoxlu sayda yaralı olduğu bildirilir. Hücumdan sonra bir şübhəli vurularaq zərərsizləşdirilib.

Hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşı cəlb edilib.

Fort-Ueyn şəhərində “Black Friday” günü mağazalardan birinə açılan atəş nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Polis hələ ki hücum edən şəxsin axtarışlarını aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol