"Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir".
Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə "Boçarov Ruçey" iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
İlham Əliyev bildirib: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdik. Bu münaqişə həddən artıq uzanıb və öz həllini tələb edir".
Dövlət başçısının sözlərinə görə, son illər ərzində Rusiya və Azərbaycanın münasibətlərində sabit müsbət dinamika müşahidə olunur: "Biz bunu yüksək qiymətləndiririk və Rusiyaya beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri kimi baxırıq".
Prezident İlham Əliyev qeyd edib ki, iki ölkənin əməkdaşlığı bir çox sahələri əhatə edir: "Təkcə siyasi deyil, həm də iqtisadi sahədə əməkdaşlıq yaxşı nəticələr verir. Xüsusilə əmtəə dövriyyəsi və qarşılıqlı investisiyaların həcmi artır. Biz əməkdaşlıq potensialını, o cümlədən regional təhlükəsizliyi və regionumuzda sabitliyi artırmaqda qətiyyətliyik".
* * *
16:10
Görüş Soçidəki “Boçarov Ruçey” iqamətgahında baş tutub
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.
Görüş avqustun 9-da Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında baş tutub.
Qeyd edək ki, bu gün Putinin Ermənistanm prezidenti Serj Sarkisyanla da görüşü planlaşdırılır.
Sabah isə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində bildirib.
"Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcək".

!["Bu münaqişə həddən artıq uzanıb və həllini tələb edir" - İlham Əliyev [Yenilənib] Video](https://static.azpolitika.info/storage/news/da4add037901e5a56c457a74cac7c36b/2aa067e2-bf2c-4471-8d78-bf0cdb2dc63b_740.jpg)
Şərhlər