Menu

"Keşlə" doğma meydanda "Qəbələ"yə məğlub olub

24.11.2018, 19:10
"Keşlə" doğma meydanda "Qəbələ"yə məğlub olub

Bu gün Topaz Premyer Liqasında XII tura start verilib.

"Report" xəbər verir ki, turun açılış matçında "Keşlə" doğma meydanda "Qəbələ" ilə qarşılaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi oyun "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 17-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Ceyms Adeniyi hesabı açıb. 3 dəqiqə sonra Təmkin Xəlilzadənin ötürməsini Voyislav Stankoviç başla qapıya göndərib və hesabı artırıb. Bundan sonra hücumlarının kəsərini artıran meydan sahibləri 38-ci dəqiqədə Amil Yunanovun qolu ilə hesab arasındakı fərqi azaldıb - 1:2. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissə komandaların qarşılıqlı hücumları ilə keçib. Amma hesab dəyişməyib.

Bu nəticədən sonra "Qəbələ" xallarının sayını 15-ə çatdırıb və 5-ci pillədəki yerini qoruyub. 12 oyundan sonra 9 xal toplayan "Keşlə" isə 7-ci pillədədir.

Qeyd edək ki, günün növbəti matçı "Qarabağ"la "Sabah" arasında keçiriləcək. Tura isə noyabrın 25-də "Səbail" - "Neftçi" və "Zirə" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.

Bundan əvvəlki turda “Qəbələ” “Qarabağ”a məğlub olub, "Keşlə" isə "Sumqayıt"ı böyük hesabla üstələyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol