Menu

İŞİD-dən sərt ismarıc: “Bayrağımızı Ağ Evdə asacağıq!”

09.08.2014, 17:07
İŞİD-dən sərt ismarıc: “Bayrağımızı Ağ Evdə asacağıq!”

İslam Dövləti (İŞİD) qruplaşması bayrağını Ağ Evdə sancacağını bəyan edib.

SalamNews - un “Russia Today”-ə istinadən məlumatına görə, radikal terror qruplaşması olan İslam Dövləti (İŞİD) təşkilatı ABŞ-a sərt ismarıc göndərib. Qruplaşma üzvləri növbəti hədəflərinin ABŞ olacağını bəyan ediblər.

Qruplaşmanın sözçüsü olduğu bildirilən Əbu Musa adlı şəxs “Vice News”-a göndərdiyi müraciətdə ABŞ ərazilərinə daxil olacaqlarını bəyan edib: “Üzümü Amerikaya tutub deyirəm ki, artıq İslam Dövləti yaranıb.Qorxaqlıq edərək bizə pilotsuz təyyarələrinizlə hücum etməyin. Bacarırsınızsa, İraqda rüsvay etdiyimiz əsgərlərinizi üzərimizə göndərin. Allahın izni ilə biz onları hər yerdə rüsvay edəcəyik və bayrağımızı Ağ Evdə asacağıq”.

İslam Dövlətinin (İŞİD) üzvlərinin İraqda qazandıqları bəzi uğurlara cavab olaraq ABŞ prezidenti Barak Obama qruplaşmanın mövqelərinə hava zərbələri endirilməsi barədə qərar verib. Bununla Ağ Ev İraqın şimalında yaşayan xristian azlıqları və yezidi kürdləri İŞİD təhlükəsindən qoruyacağını əsas gətirib.

Xatırladaq ki, bu gün İraq Kürdüstanının mərkəzi şəhəri olan Ərbilin yaxınlığındakı İŞİD hərbi mövqelərinə ABŞ qırıcı təyyarələri hava zərbələri endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol