Menu

Dağıstanda müğənni güllələndi

25.11.2018, 23:12
Dağıstanda müğənni güllələndi

Dağıstanda müğənni Maşidat Ömərovaya silahlı hücum olub.Oxu.Az xəbər verir ki, naməlum şəxs müğənniyə yaşadığı evin həyətində odlu silahdan atəş açıb.

Mahaçqala şəhərində baş vermiş hadisə nəticəsində M. Ömərova yaralanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, vəziyyəti stabil kimi dəyərləndirilir.

Faktla bağlı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol