Menu

İranda baş verən zəlzələdə yaralıların sayı 634-ə çatdı

26.11.2018, 09:28
İranda baş verən zəlzələdə yaralıların sayı 634-ə çatdı

İranda baş verən zəlzələdə yaralıların sayı 634-ə çatıb. Zəlzələdə ölüm faktı qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu İranın Kirmanşah vilayətinin valisi Huşəng Bazubənd deyib.

Onun sözlərinə görə, yaralıların vəziyyəti yaxşıdır.

Vali əlavə edib ki, baş verən zəlzələdə su, elektrik və qaz kəsilməyib.

Qeyd edək ki, ötən gün saat 20:07 radələrində Kirmanşah vilayətinin qərbində 6,4 bal gücündə zəlzələ baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol