Menu

"Yaxşı ki, neftin qiyməti düşür..." - Tramp özünü tərifləyib

26.11.2018, 09:32
"Yaxşı ki, neftin qiyməti düşür..." - Tramp özünü tərifləyib

ABŞ prezidenti Donald Tramp neftin qiymətinin düşməsinə görə özünü tərifləyib.

Trend-in məlumatına görə, müvafiq mətni ABŞ prezidenti öz Twitter səhifəsində yerləşdirib.

Yazıda deyilir: "Yaxşı ki, neftin qiyməti düşür (sağ olun, prezident T.). Bunu da vergilərin azaldılması kimi digər iqtisadiyyat xəbərlərinə əlavə edin. İnflyasiyanın azalması (siz dinləyirsiniz, FES!)".

Qeyd edək ki, noyabrın 23-ü Brent markalı neftin qiyməti 59 dollardan aşağı düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol