Menu

Bəşəriyyət şəbəkə servisləri əsrinin astanasındadır

27.11.2018, 13:09
Bəşəriyyət şəbəkə servisləri əsrinin astanasındadır

2025-ci ilədək, təqribən, 6 milyard istifadəçi (hazırda 5 milyard nəfər), yəni əhalinin 75 faizə qədəri şəbəkə servislərində - “bulud”larda (cloud storage) yerləşən məlumatlarla işləyəcək.

“Report” xəbər verir ki, “Seagate” və İDC tərəfindən aparılan araşdırmaya görə, daim istifadə edilən mobil cihazların sayı 150 milyarda çatacaq, hər istifadəçi azı 18 saniyədən bir şəbəkəyə qoşulacaq.

Həmçinin 2020-ci ilədək şəbəkələrdəki məlumatların həcmi istifadəçi servislərdəkini üstələyəcək, 2021-ci ildə isə məlumat mübadiləsi mərkəzlərdəkindən çox olacaq.

2025-ci ilədək online məlumatların ümumi həcmi 2017-ci ilin müvafiq göstəricisini 5 dəfədən çox üstələyərək 175 zettabayta (175 trilyon giqabayt) çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol