Menu

Azərbaycan Prezidenti Çeçenistana səfər edəcək

27.11.2018, 17:53
Azərbaycan Prezidenti Çeçenistana səfər edəcək

"Mən atam Heydər Əliyevin xatirəsinə olan belə hörmətə və belə gözəl bağın yaradılmasına görə təşəkkürümü bildirmək istərdim".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bu, bizim hamımız üçün çox vacibdir: "Çox minnətdaram və öz tərəfimdən demək istərdim ki, Azərbaycanda da, həmçinin xalqınız üçün ən çətin illərdə xalqı tərəqqi yolu ilə aparan və öz dini, öz xalqı və gələcək naminə şəhid kimi özünü qurban verən Çeçenistan Respublikasının rəhbəri Hacı Əhməd Kadırovun xatirəsinə böyük hörmətlə yanaşırlar. Siz bilirsiniz ki, valideynlərimizi də yaxın münasibətlər bağlayıb. Biz bu ənənəni davam etdiririk. Belə də olmalıdır. Əminəm ki, irəliyə doğru gedəcəyik və əlbəttə, böyük məmnuniyyətlə Sizin dəvətinizi qəbul edirəm, səfər edəcəyəm".

Şərhlər

Abit 2018-11-27 17:53:57

Çox düzgün addım,sonra Dağıstana,Tatarstana,Başqırdıstana,Kabardine,İnqıletiyaya ve.s eyni zamanda onların rehberlerini Azerbaycana devet etmek lazımdı.Oyatmaq lazımdı bu xalqları,Ukrayna ve Gürcüstanla elaqeler intensiv olmalıdı,Herbi elaqeler ve qarşılıqlı yardımlar,Qoy üreyi partlasın şimalın.Bu qeder pis hereketler edirler yenede dözürük.Cenab prezident hemişe Sizinleyik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol