Menu

Afrikanın meymun yeyən insanları virusdan ölürlər - Video

10.08.2014, 09:07
Afrikanın meymun yeyən insanları virusdan ölürlər - Video

Virusun mənbəyi olduğu söylənilən qorilla və kiçik bonobo şimpanzeləri Azərbaycana gətirilmir

Keçən ilin dekabr ayından bu yana demək olar ki, min nəfərə yaxın insan dəhşətli Ebola virusunun qurbanı olub.

ANS PRESS-in məlumatına görə, verilən xəbərdarlıqlara baxmayaraq, Qərbi Afrika sakinləri virusun daşıyıcısı ehtimalı yüksək olan heyvanları yeməyə davam edirlər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın qərbində yayılmış Ebola xəstəliyi ucbatından beynəlxalq səhiyyə həyəcanı elan edib. Artıq Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının sayı 930 nəfərə çatıb.

Təşkilatın xəbərinə görə, Syerra-Leone, Liberiya, Qvineya və Nigeriyada Ebola qızdırmasından 729 nəfər ölüb. Fevral ayından bu günə qədər 1603 yoluxma halı qeydə alınıb. Ebola qızdırması müalicəsi olmayan, qanla, hava-damcı yolu ilə, həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli virusdur. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən ANS PRESS-ə bildiriblər ki, virusun ölkəmizdə yayılma ehtimalı yoxdur. Belə ki, alimlər tərəfindən həmin virusun mənbəyi olduğu söylənilən qorilla və kiçik bonobo şimpanzeləri Azərbaycana gətirilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol